Hökumət qurmaq səlahiyyəti Kiryakos Mitsotakisə tapşırıldı



 10:48 23.05.2023     356

Yunanıstan Prezidenti Katerina Sakelaropulu hökuməti qurmaq tapşırığını Baş nazir və parlament seçkilərinin qalibi Yeni Demokratiya Partiyasının lideri Kiryakos Mitsotakisə tapşırıb.

Demedia.az xəbər verir ki, Sakelaropulu Baş nazir Miçotakisi öz ofisində qəbul edib və konstitusiyanın 37-ci maddəsinin ikinci bəndinə uyğun olaraq hökuməti qurmaq tapşırığını ona verib. Mitsotakis sandıqlardan çıxan mesajın açıq olduğunu ifadə edib və hökumət qurmaq səlahiyyətini qaytarıb.

"Məncə, indiki parlamentdə hökumət qurmaq həqiqətən mümkün deyil. Koalisiya hökuməti qurmağın qeyri-mümkün olduğunu düşünürəm.Hökumət qurmaq işini bu axşam sizə təhvil vermək niyyətindəyəm. Hökumət qurmağın mümkün olmadığı ilə bağlı proqnozum doğru çıxsa, biz mümkün qədər tez seçkiyə gedə bilərik” – Mitsotakis deyib.

Bahadur Seyidov