ABŞ Ukraynaya döyüş təyyarəsi verəcək



 11:28 23.05.2023     426

“Ukrayna ordusunun ABŞ istehsalı olan F-16 müasir döyüş təyyarələri ilə təchiz edilməsi ABŞ üçün prioritet məsələdir”.

Demedia.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller belə açıqlama verib. O F-16 döyüş təyyarələrinin Ukraynaya tədarükünün həyata keçiriləcəyini ifadə edib.

Metyu Miller mətbuat konfransında deyib: "Bu, bizim üçün prioritetdir və biz onu yaxın aylarda həyata keçirməyə başlayacağıq".

Miller, çatdırılmanın nə vaxt və necə həyata keçiriləcəyi, ukraynalı pilotların təlimində hansı ölkələrin iştirak edəcəyi ilə bağlı ətraflı məlumat verə bilməyəcəyini bildirib.

Bahadur Seyidov