BMT Türk Evinə edilən hücumu pislədi



 11:15 23.05.2023     293

Birləşmiş Millətlər Təşkilatı Türk Evinə edilən hücumu pisləyərək, Nyu-Yorkun müvafiq orqanlarından hadisənin hərtərəfli araşdırmasını tələb edib.

Demedia.az xəbər verir ki, bu barədə BMT baş katibinin sözçüsü Fərhan Haq açıqlama verib. O bütün diplomatik qurumlara edilən hücumları pislədiyini ifadə edib. Xarici işlər naziri Mövlud Çavuşoğlu isə bildirib ki, ABŞ Nyu-Yorkda Türk Evinə hücumun səbəbkarlarını tez bir zamanda müəyyən etməli və ev sahibi ölkə olaraq Türkiyənin diplomatik missiyalarına lazımi müdafiəni təmin etməldir.

Qeyd edək ki, seçkilərlə bağlı müxtəlif ölkələrdə yaşayan türklərə təzyiq göstərilir.

Bahadur Seyidov