Ukrayna Belqorod vilayətinə hücumun məqsədini açıqladı



 11:58 23.05.2023     593

Rusiya Federasiyasının Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov Ukrayna diversiya qrupunun hücum etdiyi Qrayvoron şəhərində 3 nəfərin yaralandığını bildirib.

Demedia.az xəbər verir ki, o bildirib ki, yaralılar arasında bir qadın da var. Üç evin zərər gördüyünü deyən Qladkov bələdiyyə binasına da zərər dəydiyini ifadə edib. “Zamostye kəndində güllə uşaq bağçası binasına dəyib və nəticədə yanğın baş verib. Həmçinin bir qadın qolundan yaralanıb, ona tibbi yardım göstərilib”, - deyə o yazıb.

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin sözçüsü Andrey Yusov Ukrayna tərəfinə gedən rusiyalı könüllülərin Belqorod vilayətində əməliyyat keçirdiklərini açıqlayıb. Bildirilib ki, onların məqsədi mülki ukraynalıları qorumaq üçün təhlükəsizlik zolağı yaratmaqdır.

Bahadur Seyidov