Avropa Birliyi "Meta"nı rekord məbləğdə cərimələdi



 14:29 23.05.2023     1129

Avropa Birliyi “Facebook”, “İnstagram” və “WhatsApp”ın sahibi olan “Meta” şirkətini 1,3 milyard dollar cərimələyib.

Demedia.az xəbər verir ki, bu, “Meta”nın cərimləndiyi ən yüksək məbləğdir. Məlumata görə, buna səbəb şirkətin fərdi məlumatların qorunması qanununu pozaraq, istifadəçi məlumatlarını ABŞ-a göndərməsidir. İrlandiya Məlumatların Mühafizəsi Komissiyasının məlumatına görə, “Meta” məlumat ötürülməsi pozuntularına görə 1,3 milyard dollar cərimələnib.

“Meta”nın məsələ ilə bağlı açıqlamasında, bu vəziyyətin şirkətin məxfilik tətbiqləri ilə əlaqəli olmadığı, ABŞ və AB arasında gizlilik hüquqları çərçivəsində fundamental hüquqi ziddiyyətdən qaynaqlandığı ifadə edilib.

Bahadur Seyidov