Ərdoğan Sinan Oğanın dəstəyindən danışdı



 12:19 23.05.2023     361

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sinan Oğanın ona dəstək verməsindən danışıb.

Demedia.az xəbər verir ki, o bildirib ki, Sinan Oğanın dəstək verməsi qarşılığında ona heç bir post vəd edilməyib.

“Buradakı ofisimizdə Sinan bəylə görüşümüz oldu. Sinan bəylə mənim aramda qətiyyən heç bir bazarlıq olmayıb. Bu gün o, bizə və “Cumhur İttifaqı”na dəstək verəcəyini bəyan etdi. Ona öz adımdan və bütün yoldaşlarım adından təşəkkür edirəm. Sinan bəy bizim terrorla mübarizə, türk dünyası ilə əlaqələr, vətənimizin müdafiəsi ilə bağlı mövqeyimizi çox gözəl bilir. Biz bu məsələlərdə zərrə qədər də güzəştə getmirik. Bu olmayıb, ola da bilməz” – Ərdoğan deyib.

Bahadur Seyidov