Dünyanın ən zəngin 3-cü insanı: Gəmidə nişanı oldu



 18:00 23.05.2023     501

Onlayn ticarət nəhəngi Amazonun qurucusu, ABŞ milyarderi Ceff Bezos (59) və Emmy mükafatlı aparıcısı Lauren Sanchez (53) evliliyə doğru ilk addımı atıblar.

Demedia.az xəbər verir ki, 2019-cu ildən birlikdə olan məşhur cütlüyün nişanlandığı məlum olub. Bezos yarım milyard dollarlıq super yaxtasında Sançesə evlənmə təklifi edib.

Amerikanın “Forbes” jurnalının 114 milyard dollarlıq sərvəti ilə “2023-cü ilin ən zəngin adamları” siyahısında 3-cü yerdə olan Ceff Bezos və amerikalı aparıcı Lauren Sanchez nişanlanıb.

Münasibətlərini gözdən uzaqda yaşayan və bir neçə xüsusi tədbirdə birlikdə kamera qarşısına keçən ikili 2019-cu ildə münasibətlərini ictimaiyyətə açıqlayıb.

İngiltərə mətbuatında yer alan xəbərə görə, 26 illik həyat yoldaşı MacKenzie Scott-dan 2019-cu ilin aprelində boşanan Amazon şirkətinin baş direktoru "Protect" adlı super yaxtasında gələcək həyat yoldaşına evlilik təklifi edib. 53 yaşlı Sançes sevgilisinin yaxtasında nəhəng brilyant üzüklə görüntülənib.

Lauren Sançesin brilyant üzüyünün daşlı tərəfini içəri çevirməsi diqqətdən yayınmayıb.

Bu il 76-cı Kann Film Festivalı üçün Fransada olan ikilidən biri olan Bezos ötən həftə İspaniya sahillərində lövbər salmış 500 milyon dollarlıq lüks yaxtasında sevgilisi ilə görüntülənib.

Aysun / Demedia.az