Qürbətçi türkləri öldürən cinayətkarın ŞOK ETİRAFLARI



 19:01 23.05.2023     556

Almaniyada əcnəbiləri silsilə qətlə yetirdiyinə görə ömürlük həbs cəzasına məhkum edilən irqçi NSU təşkilatının üzvü Zschaepe, 5 il sonra manşetlərdə yer alan bir etiraf edib.

Demedia.az xəbər verir ki, onun sözləri hər kəsi şoka salıb. 

Almaniyada 2000-2007-ci illər arasında silsilə qətllərlə 10 nəfəri, səkkiz türk, bir yunan və bir alman polisi qətlə yetirən irqçi Milli Sosialist Yeraltı Təşkilatının (NSU) üzvü Beate Zschaepe 5 dəfə ömürlük həbs cəzasına məhkum edilib. 

Zschaepenin vəkili Mathias Grasel, təşkilatın ən çox qətl törətdiyi Bavariyada Əyalət Parlamentində yaradılmış NSU Cinayətləri İstintaq Komissiyasının suallarını cavablandıran müvəkkilinin cinayət silsiləsində iştirakını hər zamankindən daha açıq etiraf etdiyini bildirdi.

Zschaepenin Chemnitz həbsxanasında saatlarla davam edən sorğu-sualından sonra Alman Mətbuat Agentliyinə (DPA) açıqlamalar verən Qrasel, Zschaepe'nin cinayətlərin hazırlanmasında və edamında fəal iştirak etmədiyini ifadə edərək, "Ancaq bu gün o, bir neçə dəfə kifayət qədər aydın şəkildə demişdir: “Əgər mən birinci qətldən sonra fərqli davransaydım və fərqli reaksiya versəydim, başqa şeylər (qətllər) baş verməzdi” dedi.

Qrasel komissarlar qarşısında verdiyi açıqlamada deyib: "İlk qətlin seriala çevrilməsinin qarşısını ala bilərdim. İmkanım var idi və bundan istifadə etmədim. Mən səhv olaraq Uwe Mundlos və Uwe Böhnhardtın (qətlləri törətdikdən sonra intihar edən təşkilatın direktorları) həyatını digər qurbanların həyatından üstün tutmuşam”.

Aysun / Demedia.az