Soda şüşəsindən milçək çıxdı! - Şirkətin cavabı şoka saldı



 20:28 23.05.2023     541

İstanbulda aldığı məşhur brendə məxsus sodada milçək görən Şeyma Alçın vəziyyəti dərhal şirkətə çatdırıb.

Demedia.az xəbər verir ki, Gips şirkətin cavabından məəttəl qalıb.

İstanbul Seyrantəpədə memarlıq ofisində çalışan Şeyma Alçın ofis üçün alış-veriş edib. Alçın iş üçün su, çay və soda götürüb ofisdən çıxıb. Bir neçə gün sonra həmkarları tərəfindən çağırılan Alçın soda şüşəsindən milçək çıxdığını eşidəndə şoka düşüb. Dərhal ofisə gedərək butulkaya baxan Şeyma Alçın soda markasının müştəri xidmətlərinə zəng edərək vəziyyəti xəbər verib.

irkətin tələbi ilə şüşənin və içindəki milçəyin fotolarını göndərən Alçın gözləməyə başlayıb. Bir müddət sonra şirkətdən telefonla zəng gəldiyini deyən Alçın bildirib:

“Məndən şüşəni müayinə üçün onlara göndərməyimi istədilər. Onlara dedim: “Şüşəni sizə versəm, heç nəyim qalmaz. Dedim ki, komandalarınız gəlib burada araşdırsınlar. Sonra şüşənin üzərindəki seriya nömrəsini istədilər. Bir neçə gündən sonra yenidən zəng edib eyni seriya nömrəli butulkalara baxdıqlarını, digər şüşələrdə heç bir problem olmadığını dedilər. Şirkətdən ancaq üzr gözlədiyini deyən Şeyma Alçın “Mən də bu markanın suyundan istifadə edirəm. Mən də soda içməyi çox sevirdim. Başqa butulkalara da baxdıqlarını dedilər, amma rahatlamadım. Sadəcə üzrxahlıq gözləyirdim. Çünki bu, qüsurlu məhsuldur”.

Aysun / Demedia.az