Fermadan qaçan dəvəquşu yolda görün nələr etdi - VİDEO



 23:09 23.05.2023     603

Türkiyədə magistral yolda qeyri-adi hadisə yaşanıb.

Demedia.az xəbər verir ki, Hatayın İskenderun rayonunda fermadan qaçan dəvəquşu şəhərlərarası yolda sürücülərə çətin anlar yaşadıb.

Bir müddət sonra itlərin qovduğu dəvəquşu gözdən itib. Əldə edilən məlumata görə, dəvəquşu İsgəndərin rayonu Denizciler Məhəlləsindəki fermadan qaçaraq Adana-İskəndərun ərazisinə gedib.

Yolda bir müddət nəqliyyat vasitələrinin ətrafında dolaşan dəvəquşu sürücülərə çətin anlar yaşadır. Maşınların arasında hara gedəcəyini çaş-baş qalan dəvəquşuna sahibsiz itlər də hücum edib. Dəvəquşu itlərin əlindən qaçıb.

Həmin anlar vətəndaşlar tərəfindən mobil telefon kamerası ilə lentə alınıb.

Aysun / Demedia.az