Toyuq dönəri ilə narkotik daşınması... - ŞOK HADİSƏ



 23:48 23.05.2023     628

Sərnişin avtobusu ilə İstanbuldan Kastamonuya gətirilən paketdə çörək ilə birlikdə toyuq dönərindən 43,77 qram narkotik ələ keçirilib.

Demedia.az xəbər verir ki, hadisə ilə bağlı 2 şübhəli həbs edilib.

İl Təhlükəsizlik Müdirliyi Narkotik Suçlarla Mübarizə Şöbəsi qrupları narkotikin İstanbuldan Kastamonuya sərnişin avtobusu ilə gətiriləcəyini təyin edib. Bunun üzərinə iş başlatan polis qrupları Kastamonu Avtovağzalına gələrək şübhəliləri gözləməyə başlayıb. Şübhəli B.A. və İ.A. bağlamanı alarkən nəzarətə alınıb.

Açılan bağlamada çörək qırıntıları ilə birlikdə toyuq dönərində 43,77 qram narkotik aşkar edilərək götürülüb.

Aysun / Demedia.az