Canlı yayımı şoka salan qətl etirafı: "Basdırdım, arada bir sulayıram"



 18:00 24.05.2023     482

Üç uşaq anası, 38 yaşlı Sevgi Demirci 25 yanvar 2021-ci ildə uşaqları Eren Polat (20) və Rümeysa Polat (13) ilə birlikdə İstanbulda yoxa çıxıb.

Demedia.az xəbər verir ki, itkin düşməzdən əvvəl son həftəsonunu İstanbulun Silivri şəhərində keçmiş ərinin münasibətdə olduğu iddia edilən qardaşı qızı Ü.Y.-ya məxsus fərdi evdə keçirən Sevgi Dəmirçi və uşaqlarından heç bir xəbər alınmayıb.

Ailəsi Müge Anlıya müraciət etdikdən sonra Sevgi Demirci və övladlarının itkisi ilə bağlı hadisələr zənciri sürətlə üzə çıxıb. Anlı itkin düşən 3 nəfəri axtararkən daha 2 nəfərin itkin düşdüyünü müəyyən edib.

2018-ci ildə İstanbulda itkin düşdüyü üçün axtarışda olan Sevgi Demirci ilə münasibətdə olduğu iddia edilən həyat yoldaşının dayısının oğlu E.P, keçmiş həyat yoldaşı M.P.-nin 2018-2019-cu illər arasında İstanbulda yoxa çıxdığı və bu iki əmisi oğlunun itməsində şübhəli Ü.Y.-nin əli olduğu ortaya çıxıb.

Baş verənlər üzərinə itkin düşən Sevgi Demirci və uşaqlarının Silivridə itdiyi Ü.Y.-yə aid son ünvanı müəyyən edib. Daha sonra çatdığı etirafçı əmisi oğlu O.Y.-ni efirə aparıb. Müge Anlının canlı yayımı davam edərkən, İstanbul Polis İdarəsi və Asayiş Şöbəsinə bağlı İtkin Şəxslər Bürosu qrupları Anlının müəyyən etdiyi ünvanda axtarışa başlayıb. Axtarış zamanı ilk olaraq kəllə sümüyü tapılıb. 

Müge Anlı məlumatı paylaşarkən Ö.Y. qan donduran iddialar da səsləndirib:

“Həftə sonunu Ü.Y, mən, itkin Sevgi Demirci və iki uşağı ilə birlikdə Silivridə əmim oğlu Ü.Y-nin evində keçirdik. Oradan birlikdə qayıtdıq. Maşına yerləşə bilmədiyimizdən bircə E. qaldı".

Digər tərəfdən, itkin düşən Sevgi Dəmirçinin qızı Zeynep Polat canlı yayımda 2018-ci ildə yoxa çıxan E.P-nin itkisində Ü.Y-nin də məsuliyyət daşıdığını, hətta ailə daxilində bunu etiraf etdiyini deyib: “E.P-ni öldürdüm. Silivridə dəfn etdim. Arada bir sulayıram”.

Aysun / Demedi.az