Yataqxanada dəhşət: 19 nəfər yanaraq öldü



 21:00 24.05.2023     688

Cənubi Amerika ölkələrindən biri olan Qayanada məktəb yataqxanasında baş verən yanğında 19 şagird həlak olub.

Demedia.az xəbər verir ki, məktəbdə mobil telefonunun əlindən alınmasına əsəbiləşən şagirdin yanğın törətməsi nəticəsində başladığı açıqlanıb.

Yanğında ölənlərin əksəriyyətinin tələbə qızlar olduğu qeyd edilərkən, ölənlərin yataqxananın qapısı qıfıllı və pəncərələri lövbərli olduğu üçün sıxışıb qaldığı bildirilib. Yaralı şübhəlinin xəstəxanada müalicə aldığı açıqlanıb və yanğın törətdiyini etiraf edib.

Fransanın AFP xəbər agentliyinə danışan səlahiyyətlilər, şübhəli şəxsə qarşı ittiham irəli sürülməsi ilə bağlı hüquqi məsləhət aldıqlarını bildiriblər.

Yataqxananın hamam hissəsində başlayan yanğın daha sonra 57 tələbənin qaldığı qismən taxta binanı tamamilə bürüyüb.

Mərkəzi Mehdiya şəhərində yanğından sağ çıxanlar gecə yarısı qışqırıqlara oyandıqlarını bildiriblər.

Bildirilir ki, şübhəli qıza yaşlı kişi ilə münasibətdə olduğu üçün cəza verilib. Qayana prezidenti İrfaan Əli yanğını "böyük fəlakət" adlandırıb. Bildirilib ki, beş yaşlı oğlunu yanğında itirən yataqxana müdiri təşvişdən yataqxananın qapısının açarını tapa bilməyib.

Aysun / Demedia.az