Ərzaq inflyasiyası narahatedici səviyyədədir - Britaniyanın maliyyə naziri



 16:12 24.05.2023     301

“İnflyasiyanın 8,7 faizə düşməsinə baxmayaraq, ərzaq inflyasiyası narahatedici səviyyədə yüksəkdir”.

Demedia.az xəbər verir ki, Böyük Britaniyanın maliyyə naziri Ceremi Hant belə deyib. O bildirib ki, hökumət inflyasiyanı azaltmaq üçün doğru həmlələr edir. Lakin bu həmlələrlə kifayətlənmək olmaz. Onun sözlərinə görə, ərzaq qiymətlərini azalatmaq üçün xüsusilə görüləcək işlər var. Ərzaq qiymətləri hələ də sürətlə yüksəlir və ərzaq inflyasiyası qorxulu dərəcədə yüksək səviyyədədir.

Hant deyib ki, hökumətin inflyasiya dərəcəsini yarıya endirmək  üçün dəqiq planı var.

Bahadur Seyidov