Təmizlik 12 saat çəkdi: 5 milyonluq evdən 50 ton zibil çıxdı



 22:36 24.05.2023     549

Türkiyədə qeyri-adi hadisə yaşanıb.

Demedia.az xəbər verir ki, Əskişəhərdə qoxuya görə mənzil sakinlərinin şikayət etdiyi Bülent K.-nin (55) evindən bələdiyyə təmizlik qrupları tərəfindən 16 maşın zibil aşkar edilib.

Odunpazarı Bələdiyyəsi qrupları Vişnelik Məhəlləsində Şehit Levent Ünbaş küçəsində yerləşən mənzilin ikinci mərtəbəsindəki mənzildən pis qoxuların gəldiyi şikayəti ilə işə başlayıb. Tək yaşayan və əqli qüsurlu olan 55 yaşlı Bülənt K.-nin evdə zibil yığdığı müəyyən edilib. Polis əməkdaşları ilə birlikdə evə gələn təmizlik qrupu Bülent K. qapını açmadığı üçün çilingərin köməkliyi ilə mənzilə daxil olub.

140 kvadratmetrlik mənzilin bütün otaqlarının ağzına qədər zibillə dolduğunu görən təmizlik qrupları içəridə işə başlayıb. Mənzildə olan 50 tona yaxın zibil şəhər zibilliyinə daşınıb.

 

Şehit Levent Ünbaş küçəsindəki evdə səhər saatlarında başlayan iş yalnız axşam saatlarında yekunlaşıb. Bələdiyyə işçilərinin 12 saat ərzində təmizlədiyi evdən 16 maşın zibil çıxdığı öyrənilib. 

Aysun / Demedia.az