Dəhşətli CİNAYƏT: Boğazında qandalla ölü tapıldı



 23:09 24.05.2023     601

27 yaşlı Fatih Melikşah İstanbulun Beylikdüzündəki evində boynunda qandalla ölü tapılıb.

Demedia.az xəbər verir ki, Məlikşahın ölüm səbəbi hələ məlum olmasa da, istintaq davam edir.

Hadisə dünən axşam saatlarında Beylikdüzü Kavaklı Məhəlləsindəki ərazidə baş verib. İddiaya görə, Fatih Melikşah (27) adlı şəxs yaşadığı evdə boynuna  qandal taxılmış halda ölü tapılıb.

Xəbər üzərinə hadisə yerinə polis və sağlamlıq qrupları cəlb edilib. Xəbəri eşidən gəncin yaxınları ora gələrək gözləyiblər.  Fatih Melikşahın ölüm səbəbi hələ məlum olmasa da, təhlükəsizlik qüvvələrinin hadisə ilə bağlı araşdırması davam edir.

Aysun / Demedia.az