ABŞ "Əş-Şəbab" liderinin olduğu yeri bombaladı



 16:53 24.05.2023     314

ABŞ-ın hava qüvvələri Somalidə “Əş-Şəbab” terror təşkilatına qarşı hərbi əməliyyat keçirib.

Demedia.az xəbər verir ki, bu barədə Somali hökuməti açıqlama verib. Bildirilib ki, ABŞ-ın hava hücumu nəticəsində “Əş-Şəbab” terror təşkilatının xarici əməliyyatlar üzrə rəhbəri Osman Mohamed Abdi yaralanıb. Açıqlamada bildirilir ki, hava hücumunda yaralanan təşkilat üzvü Abdi ölkəyə əcnəbilərin gətirilməsi, təşkilatın ideya və təbliğatının asanlaşdırılması, xarici əlaqələr qrupunun idarə edilməsində məsuliyyət daşıyır.

Məlumata görə, hərbi əməliyyat zamanı Mərkəzi Cübbə bölgəsinin Cilib şəhərində təşkilat liderinin gizləndiyi ev hədəfə alınıb.

Bahadur Seyidov