Yəhudilərin talan edilmiş əmlakları geri qaytarılsın - Fransa senatı



 17:15 24.05.2023     318

Fransada Senat 1933-1945-ci illərdə nasistlərdən qaçan yəhudilərin talan edilmiş əmlaklarının geri qaytarılmasını nəzərdə tutan qanun layihəsini qəbul edib.

Demedia.az xəbər verir ki, yekdilliklə qəbul edilən qanun layihəsi deputatlar tərəfindən təsdiq olunmaq üçün Milli Məclisə göndərilib. Qanun layihəsi Avropada yəhudi icmasına qarşı hücumların və təzyiqlərin artdığı 1933-1945-ci illərdə Nasist Almaniyasından qaçan yəhudilərin geridə qoyduğu qiymətli əşyaların və mədəni sərvətlərin geri qaytarılmasını ehtiva edir. 2200-ü Fransa muzeylərində nümayiş etdirilən kitablar, rəsmlər və bir çox sənət əsərləri də daxil olmaqla onlar sahiblərinə və ya varislərinə qaytarılacaq.

Fransanın Mədəniyyət Nazirliyinin məlumatına görə, İkinci Dünya Müharibəsi illərində Fransada 100 minə yaxın yəhudi əsəri ələ keçirilib.

Bahadur Seyidov