Avstraliyada 273 milyon dollarlıq narkotik vasitə ələ keçirildi



 17:25 24.05.2023     281

Avstraliya Federal Polisi polad hidravlik qurğunun içərisində çəkisi 300 funtdan çox olan narkotik vasitə ələ keçirib.

Demedia.az xəbər verir ki, narkotik vasitənin ümumi dəyəri 273 milyon dollardan çoxdur. Məlumata görə, narkotik vasitə Avstraliyaya Meskikadan poladdan olan qurğunun içərisində gətirilib. Lakin onların ölkəyə hansı təşkilat tərəfindən gətirildiyi məlum deyil. Məlumata görə, Sidneydəki konteyner müəssisəsində polad qurğunun görünüşü diqqət çəkib. Onun içinə baxış zamanı narkotik vasitə üzə çıxıb.

Mütəxəssislər hidravlik presin dərinliyinə baxarkən rəngli maddə tapıblar və onların metamfetamin olduğu müəyyən edilib.

Bahadur Seyidov