Kanadada meşə yanğınları tüğyan edir



 17:05 24.05.2023     324

Kanadada meşə yanğınları Alberta vilayətində iki milyon hektardan çox ərazini kül edib.

Demedia.az xəbər verir ki, külə çevrilən ərazi təqribən  Ontario gölünün yarısına bərabərdir. Məlumata görə, yağıntının az olması və havanı isti olması meşə yağınlarının irəliləməsinə təsir edir. Yanğınlarla mübarizəyə minlərlə canlı qüvvə cəlb edilib. Avstraliya və Yeni Zelandiya yanğınsöndürənləri də köməyə gedib. Məlumata görə, indiyə qədər dəymiş ziyan ötən illə müqayisədə artıq bir neçə min dəfə çoxdur. Təbii fəlakət nəticəsində minlərlə insan təxliyə edilib.

Vilayətdəki müvafiq qurumlar yüksək hazırlıq vəziyyətinə gətirilib.

Bahadur Seyidov