Çinin ABŞ-dakı səfir postuna təyinat oldu



 17:43 24.05.2023     296

Çinin bir ildir boş olan ABŞ-dakı səfir postuna təyinat olub.

Demedia.az xəbər verir ki, bu post Xie Fınqə həvalə edilib.  Səfir Xie tvitter hesabındakı mesajında  "Sədr Si Cinpin tərəfindən Çinin ABŞ-dakı 12-ci səfiri vəzifəsinə təyin olunmaqdan qürur duyuram" yazaraq təyinatı təsdiqləyib. Xie mesajında ​​Çin xalqının nümayəndəsi kimi Çinin maraqlarını qoruyacağını, ölkəsi ilə ABŞ arasında münasibətləri və əməkdaşlığı yaxşılaşdırmağa çalışacağını vurğulayıb.

Çin-ABŞ münasibətlərinin hazırkı vəziyyətdə böyük sınaqlar və çətinliklərlə üzləşdiyinə işarə edən Xie, sədr Si Cinpinin irəli sürdüyü qarşılıqlı hörmət, birgə dinc yaşamaq və qarşılıqlı maraqların təmin olunması prinsiplərinin önəminə diqqət çəkib.

Bahadur Seyidov