Sudandakı münaqişə region ölkələrinə də təsir edə bilər - BMT



 17:10 24.05.2023     291

Sudandakı münaqişəyə son qoyulmasa, bu, region ölkələrinə də təsir edə bilər.

Demedia.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının sözçüsü Stefan Dujarrik belə deyib. O gündəlik mətbuat konfransında Sudandakı münaqişənin regional təsirlərini qiymətləndirib. Bölgənin onsuz da kövrək vəziyyətdə olduğuna diqqət çəkən Dujarrik, Sudandakı tərəflərin xalqın mənafeyini ön planda tutaraq münaqişəyə son qoymalı olduqlarını bildirib. Onun sözlərinə görə, Sudandakı qarşıdurma Cənubi Sudan, Çad və digər region ölkələrindəki vəziyyətə təsir edə bilər.

Dujarrik bəyan edib ki, qarşıdurma bitməsə, ortaya çıxacaq humanitar faciədən təkcə Sudana deyil, bütün region əziyyət çəkəcək.

Bahadur Seyidov