Böyük Britaniya Kosovonu Avropa İttifaqında və NATO-da görməkdə qərarlıdır - AÇIQLAMA



 16:12 24.05.2023     289

Böyük Britaniya şərtlər imkan verərsə Kosovonu Avropa İttifaqında və NATO-da görməkdə qərarlıdır.

Demedia.az xəbər verir ki, Britaniyanın Silahlı Qüvvələr üzrə Dövlət Katibi Ceyms Heppi belə deyib. Ceyms Heppi rəsmi səfərdə olduğu Kosovoda Prezident Vjosa Osmani tərəfindən qəbul edilib. Daha sonra yerli mediaya açıqlama verən Heppi bildirib ki, görüş zamanı ölkədəki təhlükəsizlik problemləri və onların həllində Böyük Britaniyanın oynaya biləcəyi rol müzakirə edilib.

"Əlbəttə, Kosovonun uzunmüddətli hədəfi həm Avropa İttifaqı, həm də NATO-ya üzv olmaqdır. Hər iki təşkilatın daha geniş konsensusa ehtiyacı olsa da, Böyük Britaniya şərtlər imkan verdikdə Kosovonu bu ittifaqlarda görməkdə qərarlıdır", - Heppi deyib.

Bahadur Seyidov