Fransada polisə dronlardan istifadəyə icazə verildi



 15:41 25.05.2023     311

Fransada Dövlət Şurası başda polis və jandarma olmaqla təhlükəsizlik qüvvələrinin nümayişlərdə pilotsuz təyyarələrdən istifadəsinə icazə verib.

Demedia.az xəbər verir ki, Dövlət Şurası polisin nümayişlərdə pilotsuz uçan aparatlardan istifadə etməsinə icazə verən fərmana etirazı dəyərləndirib. Məhkəmə "təcrübənin qanuniliyinə ciddi şübhə olmadığını" əsas gətirərək dronlardan istifadə edilməsində heç bir problem olmadığına qərar verib.

Qərara əsasən, polis tərəfindən pilotsuz uçan aparatlardan istifadə zamanı qanun pozuntuları aşkar edilərsə, buna inzibati hakim müdaxilə edə bilər. Polis yalnız dronlarla şübhəli vəziyyətləri izləyə biləcək, hər hansı digər istifadə pozuntu sayılacaq.

Bahadur Seyidov