İran yeni ballistik raketini nümayiş etdirdi



 16:20 25.05.2023     309

İran 2000 kilometr mənzili olan yeni ballistik raketini nümayiş etdirib.

Demedia.az xəbər verir ki, bu barədə İRNA məlumat verib. Bildirilir ki, Tehranda yüksək rütbəli hərbçilərin iştirakı ilə keçirilən tədbirdə “Hayber” adlı orta mənzilli ballistik raket təqdim edilib. 2 min kilometr məsafəyə malik maye yanacaqla işləyən ballistik raket “Hayber” 1500 kiloqram döyüş başlığı daşıya bilir. Dövlət televiziyası raketin buraxılmasının və sonra hədəfi vurmasının görüntülərini də nümayiş etdirib.

Tədbirdə iştirak edən müdafiə naziri Məhəmməd Rza Aştiani, sözügedən ballistik raketin “Hürrəmşəhr” raket ailəsindən olduğunu bildirib. Aştiani bildirib ki, raket çox yüksək dağıdıcı gücə malikdir və müxtəlif döyüş başlıqları daşımağa qadirdir.

Bahadur Seyidov