Hakerlər ABŞ qurumlarına hücum etdi



 16:39 25.05.2023     306

Çin hökuməti tərəfindən idarə olunduğu iddia edilən casusluq qrupu, Quam adası da daxil olmaqla, ABŞ-ın bir çox ərazisində kritik sistemlərə hücum edib.

Demedia.az xəbər verir ki, bu barədə “Microsoft” və “Five Eyes” kəşfiyyat alyansı məlumat verib. Kəşfiyyat alyansının məlumatına görə, haker qrupu kritik infrastrukturlara müdaxilə edib. ABŞ-ın Kibertəhlükəsizlik və İnfrastruktur Təhlükəsizliyi Departamentinin xəbərdarlığına görə, haker qrupu Böyük Britaniya, Kanada, Avstraliya və Yeni Zelandiyada üçün təhlükə yaradır.

Qeyd edək ki, Quamda ABŞ-ın üç hərbi bazası yerləşir. Çinin Tayvana qarşı hər hansı mümkün hərbi hücumuna və ya Tayvanın blokadasına qarşı Quamdakı hərbi bazalar mühüm əhəmiyyət daşıyır.

Bahadur Seyidov