Meksikada kül yağdı



 17:00 25.05.2023     315

Meksikada Popokatepetl vulkanının intensiv fəaliyyəti nəticəsində meydana gələn kül güclü küləyin təsiri ilə toz fırtınasına səbəb olub.

Demedia.az xəbər verir ki, vulkan kraterindən çıxan kül ətrafdakı bir çox ştatda güclü kül yağmasına səbəb olub. Vulkanın şərqində yerləşən Puebla əyaləti kül yağıntılarından ən çox təsirlənən bölgələr arasındadır.Vilayətdə bəzi iş yerləri bağlanıb. Təbii fəlakət gündəlik həyata mənfi təsir edib. Vulkanın ətrafındakı bir çox əyalətdəki məktəblərdə tətil elan edilib. Təyyarə reysləri təxirə salınıb. Yerli dairələr vulkan külünün sağlamlığa zərərli olduğuna diqqət çəkərək vətəndaşlara tövsiyələr verib.

Meksika Milli Fəlakətin Qarşısının Alınması Mərkəzi vulkanda son 24 saat ərzində daha 2 püskürmənin baş verdiyini bildirib.

Bahadur Seyidov