Fələstin İsraillə bağlı BMT-yə məktub göndərdi



 17:28 25.05.2023     300

Fələstin Birləşmiş Millətlər Təşkilatını İsrailin sui-istifadələrini dayandırmaq üçün bütün mümkün tədbirləri görməyə çağırıb.

Demedia.az xəbər verir ki, bu barədə Fələstin Xarici İşlər Nazirliyi açıqlama verib. Bildirilir ki, Fələstinin BMT-dəki nümayəndəsi Riyad Mənsur BMT-nin baş katibi Antonio Quterreşə məktub göndərib.

Məktublarda deyilir: “İsrailin davam edən təhrikləri, təxribatları, torpaq oğurluğu, Şərqi Qüds də daxil olmaqla işğal olunmuş Fələstin ərazilərində bütün digər məskunlaşma fəaliyyətləri beynəlxalq hüququ kobud şəkildə pozur”.

Mənsur məktubda Təhlükəsizlik Şurasının İsrailin məskunlaşma fəaliyyətini pisləməsinin zəruriliyinə diqqət çəkib. Məktubda Fələstin xalqının müdafiəsinin vacibliyi vurğulanıb.

Bahadur Seyidov