Türk vətəndaşlara qarşı həmlə: Səs vermələrinə mane oldular



 19:01 25.05.2023     438

ABŞ-ın ən sıx əhali məskunlaşdığı şəhəri Nyu Yorkda Türkevi binasını hədəfə alan hücumçunun kimliyi məlum olub.

Demedia.az xəbər verir ki, Türkiyənin Nyu Yorkdakı Baş Konsulluğu və BMT-dəki Daimi Nümayəndəliyinin yer aldığı Türk Evi binasına bazar ertəsi yerli vaxtla saat 03:00 radələrində hücum edilib.

33 mərtəbəli binanın 2 giriş qapısı və yola baxan 10 pəncərəsi lomla edilən hücumda Türkevinin birinci mərtəbəsindəki pəncərələrdə nəhəng deşiklərin açılmasına səbəb olub.

Dəhşətli hücumdan bir neçə saat əvvəl türk seçicilər səs vermək üçün növbəyə durublar. Hadisə şahidləri bildirirlər ki, prezident seçkilərinin ikinci turu üçün seçicilər saat 22:00-a qədər binanın qarşısında növbəyə dayanıblar.

Gecə yarısı əlində dəmir lomla binaya hücum edən şəxs təhlükəsizlik kamerası görüntülərinə əks olunub. Hücum edənin kimliyi sorğulanarkən onun qara papaq geyinərək metrodan çıxaraq Türkevinə getdiyi görülüb.

Aysun / Demedia.az