Nüsrəti təqlid etdi, həbs olundu!



 20:02 25.05.2023     416

Vyetnamda Nusret Gökçenin məşhur duz səpmə səhnəsini təqlid edən Bui Tuan Lam həbs edilib.

Demedia.az xəbər verir ki, Bui Tuan Lam əriştə şorbasının üzərinə yaşıl soğan ataraq Nüsrəti təqlid edib.

39 yaşlı kişinin 2021-ci ilin noyabrında yaşadığı Ho Chi Minh şəhərində çəkdiyi videonun vaxtı olduqca əhəmiyyətli idi. Bir neçə gün əvvəl İngiltərənin paytaxtı Londona səfər edən Vyetnamın İctimai Təhlükəsizlik Naziri To Lam Nusretin restoranında nahar edib.

Vyetnamın ən güclü nazirlərindən biri olan Lam Nüsrətin əlindən yediyi qızılla örtülmüş biftek üçün 2000 min dollar ödəyib. Knightsbridge rayonundakı bahalı restoranın TikTok hesabında paylaşılan görüntü dəqiqələr içində sosial mediada işıq sürəti ilə yayılıb.

Sosial mediada istifadəçilər naziri tənqid ediblər.

Vyetnamdakı "Facebook" istifadəçiləri bir müddət 'saltbea' etiketinə çata bilmədilər, problemin Hanoi rəhbərliyinin sözügedən etiketi bloklaması səbəbindən meydana gəldiyi ortaya çıxdı.

Ho Chi Minh şəhərində küçədə əriştə satan Bui Tuan Lam tərəfindən paylaşılan video məhz bu qalmaqaldan sonra gündəmə gəlib. Əriştə şorbasına ət doğrayıb yaşıl soğan səpən küçə satıcısı Hanoy administrasiyasının qəzəbinə tuş gəlib və həbs edilib.

Aysun / Demedia.az