Kremlə hücumun arxasında Kiyev rejimi var - Peskov
“Kremlə edilən hücum arxasında hansı bölmənin olmasından asılı olmayaraq Kiyev tərəfindən həyata keçirilib”.
Demedia.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov belə açıqlama verib. O bildirib ki, Rusiya hücumdan dərhal sonra hücumun arxasında Ukraynanın olduğunu açıqlayıb.
"Bunun arxasında Kiyev rejiminin hansı bölməsinin olmasının böyük fərqi yoxdur. Hücumun arxasında Kiyev rejimi var və biz bunu bilirik" – Peskov deyib.
Qeyd edək ki, Kreml rəsmiləri Ukraynanın iki PUA ilə Kreml Sarayına hücum etməyə çalışdığını və hava hücumundan müdafiə sistemlərinin vaxtında düşməsi nəticəsində PUA-ların zərərsizləşdirildiyini açıqlayıb.
Bahadur Seyidov