Qolu dirsəkdən qopdu: Xəstəxanada dediyi yeganə söz...



 21:03 25.05.2023     446

Amerika Birləşmiş Ştatlarının Florida ştatı timsahlarla bağlı hadisələrlə tez-tez gündəmdədir.

Demedia.az xəbər verir ki, 21 milyon əhalisi olan bölgədə insanlar dəhşətli hücumlara məruz qalır.

Bu məsələ ilə bağlı yeni bir hadisə Jordan Rivera adlı şəxsin başına gəlib. Bir gün günorta içki içərkən hücuma məruz qalan Riveranın xəstəxanadan verdiyi açıqlama hər kəsi şoka salıb.

Timsah hücumu nəticəsində sağ qalsa da, qolu kəsilib. Həyatına bir qolu olmadan davam edəcəyinin fərqində olduğunu deyən Rivera bildirib:

"Dirsəyimin altında heç nə yoxdur. Bu, dünyanın sonu deyil".

Aysun / Demedia.az