Peskov Ukraynanın Putini hədəfə almasına münasibət bildirdi



 17:19 25.05.2023     294

Ukraynanın Rusiya prezidenti Vladimir Putini bir nömrəli hədəf kimi göstərməsinə Kreml sözçüsü Dmitri Peskov münasibət bildirib.

Demedia.az xəbər verir ki, Ukrayna tərəfinin açıqlamasını tənqid edən Peskov bunun terror bəyanatı olduğunu vurğulayıb. Peskov Ukrayna tərəfinin bəyanatını "terrorçu rejimin terror ambisiyaları haqqında sözlər" kimi qiymətləndirib. Kiyevin təhdidlərindən sonra Putinin təhlükəsizlik tədbirləri barədə suala münasibət bildirən Peskovun sözlərinə görə, bu təhlükəsizlik bölmələrinin işidir və onlar işlərini bilirlər.

Bu cür açıqlamalardan sonra Ukrayna və Donbassda xüsusi hərbi əməliyyatın daha çox qanuni və zəruri hala gəldiyini vurğulayan Peskov bildirib ki, qarşıya qoyulan məqsədlərə çatmaq üçün hərbi əməliyyat başa çatmalıdır.

Qeyd edək ki, Ukraynanın Müdafiə Nazirliyinin Kəşfiyyat Baş Administrasiyası rəhbərinin müavini Vadim Skibitski Putini hədəfə almışdı.

Bahadur Seyidov