Gənc qalmaq üçün oğlundan istifadə etdi: Qan dəyişikliyi üçün...



 21:34 25.05.2023     682

Ev tapşırığını etmisən? -  17 yaşındakı bir gəncdən soruşa biləcəyiniz bir şey ola bilər. Ondan qan verməsini istəmək necə?

Valideynlərin yeniyetmə övladından belə bir lütf istəməsi qeyri-adi deyil. Xüsusilə ciddi sağlamlıq problemi yoxdursa.

"Bloomberg"in hesabatına görə, 45 yaşlı Bryan Johnson bu yaxınlarda 17 yaşlı oğlu Talmage və 70 yaşlı atası Riçardı nəsillər arasında qan mübadiləsi aparmağa razı salıb.

Bir litr və ya bütün bədənindəki qanın təxminən beşdə biri Talmage Johnsondan alınaraq atasına köçürülüb.

Daha sonra Brayan Conson 70 yaşlı atası üçün bir litr qan verib. Beləliklə, bu maraqlı ailə fəaliyyətində üç nəsil qan plazmasını dəyişdirib. Ancaq ailənin gənc üzvünə geri qan köçürülməyib.

Bu, Bryan Johnson'un qocalma əleyhinə çılğın fikirləri ilə manşetlərə çıxması ilk dəfə deyil. Amma ilk dəfə (bizim bildiyimiz kimi) hələ uşaq olan oğlunu epigenetik hədəflərinə daxil edir.

Aysun / Demedia.az