Belarusa yerləşdirilən nüvə silahına nəzarət Rusiyaya məxsusdur - Şoyqu



 17:45 25.05.2023     296

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Müdafiə Nazirləri Şurasının iclasında iştirak etmək üçün Minskdə səfərdə olan Rusiyanın müdafiə naziri Sergey Şoyqu belaruslu həmkarı Viktor Hrenin ilə görüşüb.

Demedia.az xəbər verir ki, görüş zamanı Şoyqu və Hrenin Belarusda Rusiyanın qeyri-strateji nüvə silahının saxlanması barədə sənədlər imzalayıblar. Sazişin beynəlxalq hüquqa uyğun olduğunu ifadə edən Şoyqu bildirib ki, Rusiya Belarusa nüvə silahı vermir. Onun sözlərinə görə, nüvə silahına nəzarət və onun istifadəsinə dair qərar Rusiya tərəfinə məxsusdur. O bildirib ki, qərar Rusiya-Belarus Birlik Dövlətinin təhlükəsizliyini təmin etmək üçün qəbul edilib.

“İsgəndər-M” raket sistemlərinin daha əvvəl Belarusa gətirildiyini xatırladan Şoyqu, bu sistemin nüvə raketlərindən istifadə etmək qabiliyyətinə malik olduğuna diqqət çəkib.

Bahadur Seyidov