Mühafizəçilər gözlərinə inanmadılar: Divarı görün necə dağıtdı...



 22:36 25.05.2023     553

ABŞ-da məhbus günlərlə mübarizə apardıqdan sonra kamerasında divarı deşib. Səlahiyyətlilər tərəfindən verilən açıqlamada Kavian Tomas adlı şəxsin qaçmaq üçün deyil, başqa səbəbdən divar qazdığı bildirilib.

Demedia.az xəbər verir ki, ABŞ-ın H əyalətində filmlərə mövzu olacaq bir hadisə yaşanıb.

Corciya ştatının Fulton qraflığında həbsxanada olan Kavian Tomas son illərin ən maraqlı hadisəsinə imza atıb. Günlərlə gizli tunel qazdıqdan sonra Tomas nəhayət yaxalanıb, lakin məqsədinə çatıb.

Qonşu kameraya qazdığı tuneldən gizlicə girən Tomas özünün “düşmən”i olduğunu iddia etdiyi məhbusa bir neçə bıçaq zərbəsi endirib. 

Həbsxanadan məsul polis məmuru Curtis Clark, binanın olduqca köhnə olduğunu və divarların qeyri-sabit olduğunu vurğulayıb: “Bu, təkcə işçilər üçün deyil, həm də məhbuslar üçün mümkün olan ən təhlükəsiz mühiti təmin etməyimizi çətinləşdirir".

Qeyd edək ki, Tomasın bıçaqladığı digər məhbus son anda xilas edilib.

Aysun / Demedia.az