Yenidən öz düşüncələri ilə yeriməyə başladı: İllərlə addım ata bilmirdi...



 18:31 26.05.2023     578

İflic olan Gert-Jan beyin və onurğa beyni arasında əlaqə yaratmağa imkan verən 2 implant sayəsində yalnız düşüncələrindən istifadə edərək yeriməyə başlayıb.

Demedia.az xəbər verir ki, hollandiyalı Gert-Jan velosiped qəzasında onurğa beynini zədələyib və iflic vəziyyətdə qalıb. On ildən çox ayaqlarından istifadə edə bilməyən 40 yaşlı Oskam, beyni ilə onurğa beyni arasında əlaqəni bərpa edən 2 implant sayəsində yalnız düşüncələrindən istifadə edərək yerimə qabiliyyətini bərpa edib.

O deyib: "Özümü yenicə yeriməyi öyrənən uşaq kimi hiss edirəm. İndi dayanıb pilləkənləri qalxa bilirəm. Uzun yol oldu, amma indi ayağa qalxıb dostumla çölə çıxa bilərəm. Bir addım atmağa qərar verəndə ağlıma gələn kimi edə bilərəm”.

Aysun / Demedia.az