"Fənərbaxça" ulduz futbolçunu transfer etmək istəyir



 19:01 26.05.2023     465

Növbəti mövsüm üçün transfer işlərinə başlayan "Fənərbaxça" braziliyalı müdafiəçini öz radarına alıb.

Demedia.az xəbər verir ki, performansı ilə diqqət çəkən təcrübəli müdafiəçinin sarı-göylülər üçün 5 milyon avroluq təklif etdiyi öyrənilib.

Xorxe Jesusun idarə etdiyi “Fənərbaxça” artıq növbəti mövsüm üçün planlar qurmağa başlayıb. Sarı-göylü heyətin braziliyalı müdafiəçini transfer siyahısına saldığı və təcrübəli müdafiəçi üçün 5 milyon avroluq təklif etdiyi öyrənilib. Digər tərəfdən sözügedən futbolçu ilə Premyer Liqa komandasının da təmasda olduğu qeydə alınıb.

Xorxe Xesusun komandada qalıb-qalmayacağı hələ bəlli olmasa da, rəhbərlik heyətini gücləndirmək və yeni mövsüm üçün flaş transferlər etmək istəyir. Avrokuboklara getməyi hədəfləyən “Fənərbaxça” yeni mövsüm üçün addımlarını atmağa başlayıb. Komandadakı ulduzların gedəcəyi təqdirdə ediləcək transferlər üçün düyməyə basılıb.

Sarı-göylülərin heyətində müqaviləsi mövsümün sonunda başa çatacaq digər adlar üçün son vəziyyət bəlli olub. "Fənərbağça"nın heyətinin Miha Zayc və Enner Valensiya ilə danışıqları davam etdirdiyi öyrənilib. Sarı-göylərin hər iki futbolçu ilə yeni müqavilə imzalamaq istədiyi qeyd edilib.

Aysun / Demedia.az