"Hər şeyi bilən adam": Suallarla dolu həyat...



 20:02 26.05.2023     433

Xərçəng xəstəliyindən müalicə aldığı xəstəxanada həyatını itirən keçmiş polis rəisi Adil Serdar Saçan dünən Eyüpsultan məscidində qılınan namazdan sonra Eyüpsultan qəbiristanlığında torpağa tapşırılıb.

Demedia.az xəbər verir ki, adlar və işgəncə iddiaları ilə tez-tez adı hallanan "Hər şeyi bilən adam" ləqəbli Adil Saçan son səfərində ailəsi və yaxınları ilə vidalaşıb.

1962-ci ildə anadan olan, 1978-ci ildə Polis Texnikumunu bitirib, ikinci ali təhsilini polis sahəsi üzrə bitirib hüquq fakültəsi diplomu alan nadir polis rəislərindən biri olan Saçan 2011-ci ildə bu peşədən qovulub.

1990-cı illərdə İstanbul Polis İdarəsində Maliyyə Şöbəsi və Asayiş Şöbəsi müdir müavini vəzifələrində çalışmış, 1998-ci ildə qurucu direktor olduğu İstanbul Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbə Müdirliyində rəhbərlik etdiyi əməliyyatlar, həmçinin Nəzarətə aldığı məşhur və mafiya adamlarının yanında işgəncə iddiaları da düşməyən ad oldu.

Aysun / Demedia.az