Motosikletlə dünya turu: 5 aya 8 ölkə gəzdilər...



 20:33 26.05.2023     543

5 ay əvvəl İspaniyadan motosikletləri ilə yola çıxan Dieqo Fernandez (28) və sevgilisi Nuria Molina (30) 3 ayda Avropanın 8 ölkəsini gəzərək Türkiyəyə gəliblər. 2 aydır Türkiyəni gəzən Fernandez və Molinanın son dayanacağı Hakkarinin Yüksekova rayonu olub.

Demedia.az xəbər verir ki, İspaniyada yaşayan gözəllik mütəxəssisi Nuria Molina və sevgilisi üzgüçülük üzrə məşqçi Dieqo Fernandes təxminən 5 ay əvvəl motosikletlə ölkələrindən yola düşüblər. Fernandez və Molina sırasıyla Fransa, İtaliya, Sloveniya, Xorvatiya, Bosniya və Herseqovina, Monteneqro, Albaniya və Yunanıstandan sonra Türkiyəyə 3 ayda gəliblər.

2 aydır Türkiyədə İstanbul, Ankara, Antalya, Dənizli, Nevşehir, Kahramanmaraş, Mersin, Urfa, Mardin və Van şəhərlərini görən Fernandez və Molina Hakkarinin Yüksekova mahalına gəliblər. Molina daha yaxşı müşahidələr aparmaq üçün nəqliyyat vasitəsi olaraq motosikletə üstünlük verdiklərini və bəzən otellərdə qaldıqlarını ifadə edib.

Türkiyənin çox gözəl ölkə olduğunu və Yüksekovadan sonra ölkələrinə qayıtmağı planlaşdırdıqlarını ifadə edən Nuria Molina deyib: "Dekabrın 25-də İspaniyadan karayolu ilə çıxdıq və 5 aydır yoldayıq. Türkiyənin bir çox yerlərində olmuşuq. İndi Yüksekovadayıq. İki sevgili olaraq 3 ildir yığdığımız pulu Türkiyədə xərcləmək istədik. Türkiyə çox özəl və gözəl bir ölkədir. Xalqı da qonaqpərvərdir".

Aysun / Demedia.az