PSJ-də kritik seçim: Baş məşqçi kim olacaq?



 21:00 26.05.2023     399

Bu mövsüm UEFA Çempionlar Liqasında gözlədiklərini tapa bilməyən Paris Saint-Germain klubu yeni məşqçi axtarışlarına başlayıb.

Demedia.az xəbər verir ki, Fransa nəhənginin siyahısında Xabi Alonso və Luis Enrikenin olduğu öyrənilib.

Fransa Liqa 1 komandalarından olan Paris Saint-Germainin növbəti mövsüm üçün məşqçi dəyişikliyi yaşayacağı iddia edilir. Məşqçi Kristof Qaltyenin daha 1 illik müqaviləsi olmasına baxmayaraq, yollarını ayırmağı planlaşdıran Fransa nəhənginin siyahısında iki mühüm adın olduğu qeyd edilib.

Paris Saint-Germaində bu vəzifəyə ilk namizəd Luis Enrike olub. Məşqçi vəzifəsinə danılmaz bir ad gətirməyi hədəfləyən Fransa nəhənginin ispan çalışdırıcını siyahının zirvəsi kimi müəyyənləşdirdiyi bildirilib. Luis Enrike ilə Paris Saint-Germain arasında danışıqların davam etdiyi vurğulanıb.

Fransız mətbuatında iştirak edən xəbərə görə, Xabi Alonso Paris Saint-Germainin məşqçi vəzifəsinə düşündüyü digər namizəddir. Liqa 1 nəhənginin ispan məşqçi ilə danışıqlara başladığı öyrənilib. Bununla belə, Xabi Alonsonun "Real Madrid"də çalışmaq istədiyi qeyd edilib.

Aysun / Demedia.az