Ayaq yarasının qarşısını almaq üçün BUNLARIE DİN



 22:05 26.05.2023     784

Diabet səbəbiylə uzun müddət yüksək qan şəkəri sinirlərin zədələnməsinə səbəb ola bilər.

Demedia.az xəbər verir ki, bu zaman diabetik nöropatiyanın, yəni orqanizmdə periferik sinirlərdə zədələnmənin meydana gəldiyini və bunun sinirlərin ağrı və digər hisləri keçirməsinə mane olduğunu görürük.

Diabetik ayaq yarasının qarşısını almaq üçün qayğı tövsiyələr:

- İsti əşyalar və su ilə təmas etməzdən əvvəl temperaturu yoxlayın. Siz fərqinə varmadan yanıqlara məruz qala bilərsiniz.

- Ayaqlarınızı yumadan əvvəl dirsəyinizlə suyun temperaturunu yoxlayın.

- Hər gün ayaqlarınızı yoxlayın. Ayaqların altını yoxlamaq üçün güzgüdən istifadə etmək olar.

- Ayaq barmaqlarınızın arasına baxın.

- Kiçik xətlər, yaralar, kəsiklər axtarın.

- Ayaqlarınızın altını görmək üçün güzgüdən istifadə edin.

- Ayaqlarınızı hər gün pH-a uyğun sabun və ilıq su ilə yuyun.

ayaq baxımı

- Ayaqlarınızı, xüsusən də barmaqlarınızın arasını diqqətlə qurutun.

- Ayaqlarınız qurudursa və ya çatlayırsa, dabanınıza və ayağınızın üstünə nəmləndirici krem ​​çəkə bilərsiniz. Ayaq barmaqlarınızın arasına sürtməmək üçün diqqətli olun.

Aysun / Demedia.az