Kosmosda inşaat işləri başlayır: Bəs necə olacaq?



 22:36 26.05.2023     693

Kosmosda inşaat işləri başlayır.

Demedia.az xəbər verir ki, ABŞ-da keçirilən sammitdə bir araya gələn şirkətlərdən ikisi layihələri ilə diqqət çəkir. ICON və Astroport Aya yollar, eniş meydançaları və digər binalar tikmək istəyir.

NASA-dan investisiya almağı bacaran ICON tikintidə 3D printerlərdən istifadə edəcək. Şirkət beton istehsalında reqolit kimi tanınan Ay torpağından istifadə etməyi planlaşdırır.

Astroport isə Lunatron layihəsi ilə reqolitdən Ay kərpicini istehsal edəcək. Bu kərpiclər Ayda eniş meydançalarının qurulmasında istifadə olunacaq. Şirkət istehsal və tikintidə bir sıra xüsusi robotlardan yardım alacağını bildirir. Ay səthində ay kərpiclərinin istehsalı inqilabi bir addım ola bilər. Bu yolla Aya enişlər daha az riskli olacaq və nəqliyyat xərclərinin azalacağı gözlənilir.

Aysun / Demedia.az