Avropa koalisiyasına Danimarka və Hollandiya rəhbərlik edəcək



 12:47 26.05.2023     285

Ukrayna ordusuna F-16 təlimləri vermək üçün yaradılan Avropa koalisiyasına Danimarka və Hollandiya rəhbərlik edəcək.

Demedia.az xəbər verir ki, ABŞ-ın müdafiə naziri Lloyd Austin belə açıqlama verib. Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun toplantısından sonra ABŞ-ın müdafiə naziri Lloyd Ostin ABŞ Baş Qərargah rəisi general Mark Millli ilə birgə mətbuat konfransı keçirib.

Toplantıda Ukrayna ordusunun ehtiyaclarından danışdıqlarını qeyd edən Austin bildirib ki, Ukraynanın qurudan hava hücumu təşkil edəcək vasitələrə ehtiyacı var. Austinin sözlərinə görə, təmas qrupu Ukraynanın hava məkanını müdafiə edə bilmək üçün çox çalışmaya davam edəcək.

Bahadur Seyidov