Finlandiya Ukraynaya 16-cı yardım paketini göndərir



 14:52 26.05.2023     299

Finlandiya hökuməti Ukraynaya edilən yardımlar çərçivəsində yeni müdafiə dəstək paketini göndərir.

Demedia.az xəbər verir ki, bu barədə Finlandiya hökuməti açıqlama verib. Bildirilib ki, yardım Finlandiya prezidenti Sauli Niinistö tərəfindən təsdiqlənib. Açıqlamada deyilir ki, sözügedən yardım Ukraynaya göndəriləcək 16-cı dəstək paketidir. Məlumata görə, dəstək paketi yardımlarla yanaşı zenit silahları və sursatları əhatə edir. Bu yardımın Finlandiyaya 109 milyon Avroya başa gələcəyi təxmin edilir.

Finlandiyanın müdafiə naziri Antti Kaikkonen bildirib ki, ölkəsi  beynəlxalq tərəfdaşlarıyla birlikdə Ukraynaya dəstəyini davam etdirəcək.

Bahadur Seyidov