Cənubi Koreya ilk yerli raketini kosmosa buraxdı



 14:25 26.05.2023     299

Cənubi Koreya ilk yerli "Nuri" raketini uğurla kosmosa buraxıb.

Demedia.az xəbər verir ki, raket orbitə Cənubi Koreyanın səkkiz peykini daşıyacaq. Cənubi Koreya Aerokosmik Tədqiqatlar İnstitutunun açıqlamasına görə,  200 tonluq "Nuri" raketi ölkənin cənub sahilindəki Naro Kosmik Mərkəzindən orbitə buraxılıb. Mütəxəssislərin fikrincə, orbitə buraxılan peyklər Cənubi Koreyaya hərbi casus peyklərini orbitə yerləşdirmək və uzaq mənzilli raketlər hazırlamaq üçün texnologiya və praktiki biliklər toplamağa kömək edəcək.

Cənubi Koreya orbitə peyk yerləşdirmək üçün “Nuri” raketindən istifadə edərək öz texnologiyası ilə kosmosa peyk göndərən 10-cu ölkə olub.

Bahadur Seyidov