ABŞ Ukraynaya yeni silahlar tədarük edir



 14:12 26.05.2023     300

ABŞ administrasiyası Ukraynaya Milli Qabaqcıl Yer-Hava Raket Sistemlərinin (NASAMS) satışını təsdiqləyib.

Demedia.az xəbər verir ki, Ukraynaya veriləcək bu silahların ümumi məbləği 285 milyon dollar dəyərindədir. Pentaqona bağlı Müdafiə Təhlükəsizliyi və Əməkdaşlıq Agentliyinin məlumatına görə, Ukraynaya "LAN/MPQ-64FI Sentinel" radarı, GPS qəbuledicisi, Atəş İdarəetmə Mərkəzi, raket buraxılış sistemi və digər sahə avadanlıqları, o cümlədən 285 milyon dollarlıq NASAMS sistemi veriləcək. Açıqlamada deyilir ki, Ukraynanın Rusiyadan gələn raket hücumlarına qarşı müdafiə qabiliyyətini artırmağa ehtiyacı var.

Açıqlamada qeyd edilib ki, ABŞ bunun üçün Ukraynaya hərbi dəstəyini davam etdirəcək.

Bahadur Seyidov