Polşa müharibə səbəbilə Almaniyadan təzminat tələb edir



 15:29 26.05.2023     326

Almaniya ilə əlaqələr uzun müddət davam edəcək. Lakin Polşa ikinci dünya müharibəsindəki fəsadlar səbəbilə tələb etdiyi təzminatdan imtina etməyəcək.

Demedia.az xəbər verir ki, Polşanın baş naziri Mateuş Moraviecki belə deyib. O yerli radio proqramına açıqlamasında bildirib ki, Almaniyanın Varşava səfiri Tomas Baggerin təzminat məsələsinin aradan qalxdığı barədə fikirləri əsassızdır. Moraviecki bildirib ki, Baggerin açıqlamaları siyasi və sosial baxımdan yanlışdır.

Qeyd edək ki, 2022-ci ildə Polşa hökuməti ikinci dünya müharibəsinin Polşaya maliyyə fəsadları barədə hesabat hazırlayaraq, Almaniyadan 1,3 trilyon avro tələb edib.

Bahadur Seyidov