Rusiya 5 isveçli diplomatı ölkədən qovdu



 16:04 26.05.2023     298

Rusiya və İsveç arasında diplomatik gərginlik davam edir.

Demedia.az xəbər verir ki, Rusiya İsveçdən qovulan 5 rus diplomata qarşı 5 isveçli diplomatın ölkədən çıxarılacağını açıqlayıb. Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, İsveçdən qovulan rus diplomatlara qarşı Rusiyada çalışan 5 isveçli diplomat ölkədən çıxarılacaq. Bildirilir ki, İsveçin rus diplomatları ölkədən çıxarması düşməncə davranışdır. Açıqlamada qeyd edilib ki, Moskva ona qarşı atılan belə həmlələrə səssiz qalmayacaq.

Qeyd edək ki, Rusiyanın Ukraynaya müdaxiləsindən sonra İsveçin NATO-ya üzvlüyü prosesinə başlaması ilə iki ölkə arasında münasibətlər pisləşməyə başlayıb.

Bahadur Seyidov