Rusiya ərazisinə sızan ukraynalı dəstə açıqlama verdi



 16:12 26.05.2023     309

Rusiyanın Ukrayna ilə sərhəddəki Belqorod bölgəsinə sızan Ukrayna kəşfiyyat qrupunun tərkibindəki “Rusiya Könüllülər Briqadası” açıqlama verib.

Demedia.az xəbər verir ki, Ukrayna ərazisində jurnalistlərə açıqlama verən briqadanın komandiri Denis bildirib ki, əməliyyatın aktiv mərhələsi sona çatıb. Onlar Rusiya torpaqlarında 42 kilometr irəliləyiblər. Könüllülər Rusiya ərazisində döyüş və kəşfiyyat işlərinin davam etdiyini açıqlayıb. Denis bildirib ki, Rusiya ərazisinə daxil olarkən heç bir müqavimətlə qarşılaşmayıblar.

"Sərhədçilər, polis və Rusiya kəşfiyyatının əməkdaşları qaçıblar. Orada əsgər olmayıb” – briqada komandiri deyib.

Bahadur Seyidov